-
- 15-07-2018, 10:39
- 1 287
Bakıda metro tikintisinə görə yol çökdü - FOTOLAR
Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.
Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib:
"İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir. Hal-hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır.
Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək".
Teymur Məmmədov