Ermənistandakı növbədənkənar seçkilərin yekun nəticələri açıqlandı
    • 27-06-2021, 13:21
    • 510

Ermənistandakı növbədənkənar seçkilərin yekun nəticələri açıqlandı

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi Partiyası"nın səslərin 53,91 faizini (688 761 səs) topladığını açıqlayıb.

Sabiq prezident Robert Köçəryanın “Ermənistan” bloku 21,9 faiz, “Mənim şərəfim var” bloku 5,22 faiz səs toplayıb.