Daxili işlər orqanlarında yeni təyinat
    • 28-06-2021, 11:24
    • 314

Daxili işlər orqanlarında yeni təyinat

Daxili İşlər Nazirliyində kadr təyinatı olub.

News24.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Rəhimzadə İlqar Şirinbəy oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin axtarış üzrə inspektoru vəzifəsinə təyin olunub.

İlqar Rəhimzadə bundan əvvəl Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib. /Report.az/