Binədə sexdə baş vermiş yanğın söndürüldü
    • 28-06-2021, 15:35
    • 399

Binədə sexdə baş vermiş yanğın söndürüldü

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nəm salfetkaların istehsalı sexində baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən xəbərə görə, görülmüş operativ tədbirlərlə yanğının daha da genişlənməsinin qarşısı alınıb və yanğın söndürülüb.

****
14:30

Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.