"Delta" ştammı ilə bağlı TƏFƏRRÜAT: Daha ölümcüldür
    • 29-06-2021, 11:16
    • 992

"Delta" ştammı ilə bağlı TƏFƏRRÜAT: Daha ölümcüldür

Koronavirusun “Hindistan” ştammı dünyada sürətlə yayılmaqda davam edir. Artıq sözügedən ştamm mutasiyaya uğrayaraq üç fərqli növ də yaranıb. Onların arasında isə ən təhlükəlisi “Delta” versiyası sayılır.

Virusun bu növünə yoluxanlarda adət olunan COVID-19 əlamətlərinə rast gəlinmir. Yəni, xəstələrdə öskürək, tənginəsəflik müşahidə edilmir, dadbilmə və iybilmə itmir. Əvəzində isə adi soyuqdəymə ilə səhv salına bilinəcək baş və boğaz ağrısı, burun axması kimi simptomlar olur. Həmçinin, COVID-19-un adi versiyasında yoluxmuş şəxs 2 nəfərə virusu ötürə bilirdisə, “Delta” versiyada yoluxdurma halı daha yüksəkdir. Bu rəqəm 8 nəfərə qədər artır. Yoluxuculuğu yüksək olan bu versiya eyni zamanda da anti-tellərin təsirindən də yayınmağı bacarır. Aparılan araşdırmalar isə göstərib ki, “Delta” versiya daha ağır ağ ciyər sətəlcəminə (pnevmoniya) səbəb olur. 

Koronavirusun “Hindistan” ştammının bu növündə ölüm riski daha yüksəkdir, müasir peyvənd və müalicələrə isə cavab vermədiyi bildirilir. 

Bəs Azərbaycanda koronavirusun “Delta” versiyası ilə bağlı vəziyyət nə yerdədir? 

Mövzu ilə bağlı News24.az-a açıqlama verən infeksionist Nəzrin Mustafayeva bildirib ki, bu gün üçün Azərbaycanda “Hindistan” ştammı aşkar olunmayıb: “Ancaq dünyanın artıq 90-dan çox ölkəsində sözügedən ştamm növü qeydə alınıb. Əgər ölkədə virus aşkarlanarsa, bununla bağlı məlumat veriləcək. Hazırda Azərbaycan digər ölkələrdən tam izolə olunmuş vəziyyətdə deyil. Bu səbəbdən də “Hindistan” ştammı Azərbaycana gələ bilər. Bunun qarşısını almaq və ya gecikdirmək üçün kütləvi peyvəndləmə vacibdir”.