Regionlarda tullantılarla bağlı poliqonlar yaradılacaq ərazilər müəyyənləşdirildi
    • 29-06-2021, 16:49
    • 469

Regionlarda tullantılarla bağlı poliqonlar yaradılacaq ərazilər müəyyənləşdirildi

"Ölkədə 8 regional tullantı poliqonunun və 38 ötürücü stansiyanın yaradılması nəzərdə tutulub”.

News24.az
-ın məlumatına görə, bunu ETSN-in Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə “Ekspert saatı”nda deyib.

O bildirib ki, regional poliqonların yerləri ilə bağlı məsələ həll olunub: “Bu proseslər İqtisadiyyat Nazirliyi tərəfindən koordinasiya olunur. İlkin olaraq hansı ərazilərdə regional poliqonların yaradılamsı məsələsi də həll olunub. Hazırda bu istiqamətdə konkret işlərin görülməsinə başlanılıb”.

Tullantılarla əlaqəli yaradılacaq 8 regional poliqonun yerləşəcəyi ərazilər müəyyən olunub.