Birdəfəlik plastik qablardan istifadə edənlər cərimə olunacaq - Məbləğ
    • 29-06-2021, 16:45
    • 677

Birdəfəlik plastik qablardan istifadə edənlər cərimə olunacaq - Məbləğ

Xəbər verdiyimiz kimi, iyulun 1-dən plastik qablardan istifadə qadağan olunacaq. Bu qabağalara əhali tərəfindən yetəri formada riayət olunması üçünmüəyyən cərimələrin tətbiqi nəzərdə tutulub. 

News24.az-ın məlumatına görə, bunu ETSN-in Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə “Ekspert saatı”nda deyib. 

Nazirliyik rəsmisi bildirib ki, cərimənin məbləği ilkin olaraq fiziki şəxslər üçün 1000- 1500, ikinci dəfə və sonradan istifadə aşkarlandığı zaman 1500-2000 manat təşkil edəcək.  

Cərimələrin məbləği hüquqi şəxslər üçün ilkin olaraq 3000-4000, ikinci dəfələrdə 4000-5000 azn üçün nəzərdə tutulub. 

Plastik qablar kağız qablarla əvəzlənəcək.