-
- 7-11-2018, 10:50
- 900
Suriyada döyüşdüyünə görə tutulan azərbaycanlı kassasiya şikayəti verib
Suriya ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməkdə təqsirləndirilən Zöhrab Məmmədov yenidən məhkəməyə müraciət edib.
Məhkəmə qərarından narazı qalan məhkum kassasiya şikayəti verib.
Ali Məhkəmədə şikayət hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq. Məhkəmə iclasının vaxtı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, Məmmədov Zöhrab Mübariz oğlu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində şübhəli şəxs qismində tutulub.
Müəyyən edilib ki, Z.Məmmədov və digər şəxslər 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Məmmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan həmin məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.