MEDİA rəhbərindən "Jurnalistlərin binası" ilə bağlı açıqlama
    • 2-07-2021, 18:09
    • 596

MEDİA rəhbərindən "Jurnalistlərin binası" ilə bağlı açıqlama

“Jurnalistlər üçün son binanın nə zaman təhvil veriləcəyi ilə bağlı xəbər yoxdur". 

News24.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, sözügedən son bina hələ şirkət tərəfindən təhvil verilməyib və binada hələ görüləcək işlər var: “Binanın nə zaman təhvil veriləcəyi ilə bağlı məlumat yoxdur. Eyni zamanda jurnalistlərə verilməsi barədə də hər hansı qərar yoxdur. Qərar olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.