Sumqayıtda istirahət mərkəzinin icarədarı cərimələndi
    • 3-07-2021, 14:57
    • 525

Sumqayıtda istirahət mərkəzinin icarədarı cərimələndi

Sumqayıtda istirahət mərkəzinin icarədarı cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları ilə birgə keçirdikləri tədbir zamanı iyulun 1-də Sumqayıt şəhərində dənizkənarı sahildə yerləşən “Antalya” istirahət mərkəzinin atmosferə atılan zərərli tullantıları təmizləyən müvafiq qurğusu olmadan fəaliyyət göstərdiyi aşkar olunub.

Oranın icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə protokol tərtib edilib.