-
- 5-07-2021, 15:06
- 495
İnklüziv siniflərin sayı ARTIRILIR
2021-2022-ci tədris ilində inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsi genişləndiriləcək.
Bu barədə News24.az-a Təhsil Nazirliyindən məlumat veriliib.
Təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrə əsasən, növbəti tədris ilində Bakı şəhəri 246 nömrəli və Quba şəhəri 2 nömrəli məktəb-liseylərdə, Gəncə şəhəri 39, Sumqayıt şəhəri 4 və 21, Şirvan şəhəri 10, Qazax şəhəri 2 və Şəki şəhəri 12 nömrəli tam orta məktəblərdə inklüziv siniflərin təşkili nəzərdə tutulub.
Əmrə əsasən, yerli təhsili idarəetmə orqanları sağlamlıq imkanları məhdud uşaqların psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında seçilmiş ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunmasını və həmin məktəblərdə loqopedik xidmətin yaradılmasını təmin etməlidirlər.