Bakıda 86 şagird inklüziv təhsilə cəlb edildi
    • 8-06-2021, 11:14
    • 394

Bakıda 86 şagird inklüziv təhsilə cəlb edildi

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 86 şagird inklüziv təhsilə cəlb edilib. 

Bu barədə News24.az-a BŞTİ-dən məlumat verilib.

Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

Bu, sağlamlıq imkanları qismən məhdud uşaqlarla tam sağlam uşaqların eyni sinifdə oxuduğu siniflərdir. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına xidmət edir.