"Azərişıq" ASC-nin əməkdaşı iş başında öldü
    • 6-07-2021, 11:42
    • 489

"Azərişıq" ASC-nin əməkdaşı iş başında öldü

Bakıda montyor iş başında ölüb.

News24.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində qeydə alınıb.

Məlumata görə, "Azərişıq" ASC-nin Sabunçu Rayon Enerji Təchizat və Satışı İdarəsinin əməkdaşı, 36 yaşlı Elçin İbadov işıq dirəyindən yıxılıb.

O, yerindəcə keçinib.

Faktla bağlı Sabunçu Rayon prokuroruluğunda araşdırma aparılır.