Cəlilabadda ATS əməkdaşı iş başında ağır xəsarət alıb
    • 20-11-2018, 11:37
    • 759

Cəlilabadda ATS əməkdaşı iş başında ağır xəsarət alıb

Cəlilabad rayonunda ATS əməkdaşı iş başında ağır xəsarət alıb.

Hadisə rayonun Əliabad kəndində qeydə alınıb. 
Belə ki, həmin kəndin sakini, Cəlilabad Telekommunikasiya Qovşağının əməkdaşı, 1952-ci il təvəllüdlü Əhmədalı Xasay oğlu Sərhədov telefon xətlərində təmir işləri aparan zaman dirəkdən yıxılıb. O, ağır bədən xəsarətləri alıb və təcili yardım maşını ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.
Faktla bağlı araşdırma aparılır.

//Report