Tacikistanda səfərbərlik elan olundu
    • 6-07-2021, 13:58
    • 825

Tacikistanda səfərbərlik elan olundu

Tacikistanda səfərbərlik elan edilib. 

News24.az xəbər verir ki, bu barədə Tacikistan prezidenti İmomali Rahmon sərəncam imzalayıb. Sərəncama əsasən Tacikstan-Əfqanıstan sərhədini gücləndirmək məqsədi ilə ehtiyatda olan 20 min hərbçinin səfərbər ediləcək.

Qeyd edək ki, “Taliban” hərəkatı silahlıları Əfqanıstanın Bədəxşan əyalətinin Xoxon, Şikay, Nusay, Mohimay, Şuqnon və Sultan İşkaşim rayonlarını ələ keçirib. Bu barədə Tacikistan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları məlumat yayıb.