Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən iddialara cavab
    • 6-07-2021, 18:15
    • 486

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən iddialara cavab

Bəzi sosial media səhifələrində Vəliyev Fərhad Aqil oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı əsassız yanlış məlumatlar əks olunub. Belə ki, Vəliyev Fərhad Aqil oğlu 04.03.2021-ci il tarixdə əlilliyin qiymətləndirilməsi ilə bağlı göndərişinə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilib. Vətəndaşın müayinə və müalicə məlumatları əsasında Forma 88 səhiyyə müəssisəsi tərəfindən tərtib olunaraq nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürüldükdən sonra əlilliyin qiymətləndirilməsi aparılır.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən News24.az-a verilən məlumata görə, səhiyyə müəssisəsi tərəfindən tərtib olunan Forma 88 birinci dərəcə əlillik təyinatına əsas vermir. Xəstənin nə səbəbdən yataq rejimində olduğu, ətraflarının hərəkət qabiliyyətsizliyi haqqında, nervpotoloq müayinəsi, ətraflarda əzələ gücü haqqında və hansı tipli iflicin olması və ya iflic olmaması barədə heç bir məlumat yoxdur. Bu səbəblərdən vətəndaşın əlillik müddətinin uzadılması ilə bağlı müraciətinə əsaslı olaraq 5 il müddətinə uzadılaraq ikinci dərəcə əlilliyi qüvvədə saxlanılıb. Bütün bunlara baxmayaraq vətəndaşa əyani baxış keçiriləcək. Əgər zərurət yaranarsa vətəndaşın əlillik dərəcəsi dəyişdirilərək gücləndiriləcək.