Bakıda avtomobil piyadanı vuraraq öldürdü
    • 8-07-2021, 12:30
    • 340

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iyulun 7-də saat 22 radələrində Yasamal rayonu ərazisində Xırdalan şəhər sakini E.Qulamov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İlhamə Yusifovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.