Qəhrəman şəhidimiz Barat Quliyev - Video
    • 8-07-2021, 17:12
    • 764

Qəhrəman şəhidimiz Barat Quliyev - Video

44 günlük Vətən müharibəsinin qəhrəman övladlarından biri də Barat Quliyevdir. O,1991- ci ildə Bakı şəhəri, Xətai rayonunda doğulub.

News24.az
xezerxeber.az-a istinadən bildirir ki, orta məktəbi Beyləqan rayonunda bitirdikdən sonra 2010- cu ildə həqiqi hərbi xidmətə yollanıb.

2014- ci ildən etibarən müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmətini davam etdirib. Aprel döyüşlərində cəbhənin Füzuli istiqamətində iştirak edib.

Vətən müharibəsi başlayanda da Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Qaraxanbəyli kəndində şəhid yoldaşlarını döyüş meydanından çıxaran zaman düşmənin snayper gülləsinə tuş gəlib.

Şəhidin anası Nazilə Quliyeva deyir ki, Barat hələ 8-ci sinifdə oxuyanda hərbçi olacağını deyirmiş.

Şəhid ötən il oktyabrın 11-də Beyləqan rayonunda dəfn edilib. Ölümündən sonra ''Vətən uğrunda '' və '' Füzulinin azad olunmasına görə'' medalları ilə təltif edilib.