Banqladeşdə fabrik yanğını - Ölənlərin sayı 53-ə çatdı
    • 9-07-2021, 15:01
    • 611

Banqladeşdə fabrik yanğını - Ölənlərin sayı 53-ə çatdı

Banqladeşin Narayanqanj şəhərində baş verən yanğında ölü sayı artıb.

News24.az xəbər verir ki, açıqlanan son məlumatda ölüm sayının 53-ə yüksəldiyi bildirilib. 

Ölkənin Yanğın və Mülki Müdafiə Xidmətindən verilən məlumatda isə ölü sayının daha da artacağı deyilib. 

*** 13:56
Banqladeşdə fabrikdə baş verən yanğında 40 nəfər ölüb. 

News24.az xəbər verir ki, yanğın paytaxt Dəkkə şəhərindən 20 kilometr aralıda yerləşən Narayanqanjda yeddi mərtəbəli fabrik binasını bürüyüb.

Xilasetmə qrupları yanğınla səhər saatlarından mübarizə aparırlar.