-
- 27-03-2019, 10:10
- 937
“Diqlas” Ticarət Mərkəzindəki yanğında xəsarət alan FHN əməkdaşı evə buraxılıb
“Diqlas” Ticarət Mərkəzində martın 26-da baş verən yanğın zamanı xəsarət alaraq 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı evə buraxılıb.
News24.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, əlindən xəsarət alan FHN əməkdaşına tibbi yardım göstərilib.
Xatırladaq ki, ötən gün - martın 26-ı Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib. Yanğında 12 nəfər xəsarət alıb.