Çətənə bitkiləri yetişdirən Astara sakini saxlanıldı
    • 12-07-2021, 13:14
    • 423

Çətənə bitkiləri yetişdirən Astara sakini saxlanıldı

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Ojakəran kənd sakini İntiqam Həkimov saxlanılıb. Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 127 kiloqram olan, 70 sanimetrdən 2 metr 80 santimetrə qədər hündürlükdə 61 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır