-
- 24-04-2021, 11:27
- 695
Masallıda narkotik plantasiyası aşkarlandı
Masallıda çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az verilən məlumata görə, daxil olmuş məlumat əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Masallı rayonunun Yeyənkənd kənd sakini N.Şükürov saxlanılıb.
Onun yaşadığı evin həyətində əkib-becərdiyi 67 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır