Azərbaycan Ordusunun zabiti özünü güllələdi
    • 13-07-2021, 10:34
    • 477

Azərbaycan Ordusunun zabiti özünü güllələdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM (Makarov tapançası) markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə, hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.