"Qaliblər düşərgəsi"nin iştirakçıları bacarıqlarını nümayiş etdirdilər - Fotolar
    • 13-07-2021, 13:13
    • 298

"Qaliblər düşərgəsi"nin iştirakçıları bacarıqlarını nümayiş etdirdilər - Fotolar

"Qaliblər düşərgəsi"nin 8-ci günü aktiv idman yarışları - futbol və karate ilə başlanan proqram təlimlərlə davam etdirilib.

Dövlət Miqrasiya Xidmətindən News24.az-a verilən məlumata görə, Zəhra Həşimova tərəfindən “Mən özümü necə inkişaf etdirməliyəm: Kitabları tez və düzgün oxumaq qaydaları”, Anar Abdulovun təqdimatında isə “Mənim arzularım: Öz gələcəyimi necə qurmalıyam” mövzularını dinləyiblər. Rəsm dərslərində isə uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər.

Daha sonra günün qonağı ilə görüş təşkil olunub. Tanınmış jurnalist və səyyah Azər Qərib səyahət etdiyi ölkələrin adət-ənənələri və fərqli xüsusiyyətlərindən söhbət açıb. İştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sonda uşaq kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.