Tbilisi meri Bakını gəzib - FOTO
    • 14-07-2021, 16:10
    • 401

Tbilisi meri Bakını gəzib - FOTO

Gürcüstan paytaxtı Tbilisinin meri Kaxa Kaladzenin rəhbərliyi ilə Tbilisi şəhərinin nümayəndə heyəti Bakıya səfəri çərçivəsində paytaxtı gəzib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib ki, Kaxa Kaladze və qonaqlar Bakının çox təmiz olduğunu vurğulayaraq kommunal xidmətlər tərəfindən bu sahəyə xüsusi diqqət göstərildiyinin hiss olunduğunu qeyd ediblər. Onlar mürəkkəb landşafta malik şəhərdə aparılan uğurlu yaşıllaşdırma işlərini də xüsusi vurğulayıb və bu işlərin yalnız ciddi qulluq sayəsində mümkün olmasını qeyd ediblər.
İki gün ərzində qonaqlar Bakı şəhərinin bir sıra görməli yerlərini gəzib, Heydər Əliyev Mərkəzində olublar.  /Trend/