Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Bakını gəzib - FOTO - VİDEO
    • 23-04-2019, 15:01
    • 605

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Bakını gəzib - FOTO - VİDEO

“Mustafa Kamal Atatürk – 2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimində iştirak etmək üçün ölkəmizə gələn Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti üçün apelin 23-də mədəni proqram təşkil olunub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, türkiyəli hərbçilər proqram çəçivəsində Bakı şəhərinin görməli yerlərində olub, tarixi abidələri ziyarət ediblər.

Paytaxtımızın gözəlliyi, müasir tikililər və aparılan quruculuq işləri qonaqlarda xoş təəssüratlar oyadıb.