İrandan gətirilən 10 ton kividə zərərli maddələr aşkarlandı
    • 8-11-2018, 16:38
    • 934

İrandan gətirilən 10 ton kividə zərərli maddələr aşkarlandı

İdxal olunan 10.4 ton kivi məhsulunda zərərli orqanizmlər aşkar olunub.  



Bildirilib ki, İrandan noyabrın 5-də fitosanitar sertifikatla ölkəyə, "Güllü-80” MMC-nin ünvanına göndərilməsi nəzərdə tutulan 10,4 ton kivi məhsuluna fitosanitar karantin baxışı keçirilərkən, həmin məhsulun zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub və məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib. Qeyd olunan məhsuldan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən Tut qalxanlı yastıcası- (Pseudolaspis pentagona) aşkar edilib. Bildirilir ki, "Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə uyğun olaraq idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə idxal olunmasının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlər həyata keçirilir. 

Qeyd edək ki, tut qalxanlı yastıcası kivi ilə yanaşı bir sıra dekorativ və meyvə bitkilərinə, o cümlədən tut, şaftalı, ərik, gilas, qoz, badam, alma, armud və digər ağaclara ziyan vura bilir. Zərərverici əkin və calaq materialları, meyvələr, yarpaqlar, qablaşdırılmış materiallar, nəqliyyat vasitələri, bir yerdən başqa yerə daşınan odun, çör-çöp ilə, heyvanlarla, küləklə, suvarma kanalları və digər vasitələrlə yayıla bilir.


//Azxeber.com