-
- 9-07-2019, 12:12
- 895
İrandan və Gürcüstandan gətirilən kartofla kivi geri qaytarılıb - AQTA
" Karantin tətbiq edilən zərərli orqanizmlərin təhlükəliliyi nəzərə alınaraq 400 ton kartof və kivi məhsulları İran İslam Respublikasına və Gürcüstan Respublikasına geri qaytarılıb".
News24.az -ın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhmızli AQTA-nın fəaliyyətə başlamasının 1 ilinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. O qeyd edib ki, aşkar olunan karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 255.9 ton məhsul məhv edilib və 390 nəqliyyat vasitəsi, habelə 838.092 ton və 187164 m3 məhsul müxtəlif üsullarla zərərsizləşdirilib.
Q. Təhməzli bildirib ki, baytarlıq nəzarəti sahəsində agentlik tərəfindən ümumilikdə 124 yoxlama aparılıb və 54 inzibati tənbehvermə haqqında qərar qəbul edilib. İnzibati tənbehvermə haqqında qərarlarından 8-i xəbərdarlıq, 46-sı inzibati qaydada cərimə edilməsi barədə qəbul olunmuş və cəmi 15500 AZN cərimə tətbiq edilib.