Sevil-Sevinc Zamiqlə küsülülyündən danışdı - VİDEO
    • 15-07-2018, 15:28
    • 2 666

Sevil-Sevinc Zamiqlə küsülülyündən danışdı - VİDEO

Müğənnilər Sevil və Sevinc Səfərovalar "ATV maqazin 10larla" verilişinin "Hit parad" rubrikasının qonağı olub. 

Əkiz bacılar həmkarları Zamiq Hüseynovla küsülü olmalarının səbəbini açıqlayıb:

"Zamiq heç də biz bildiyimiz kimi, başını aşağı salıb öz işini görən biri deyil. Hər kəsin cavabını yerindəcə verməyi bacarır. Hətta bir dəfə mənim də payımı verib.

Bir dəfə məclisdə yanımızdan keçəndə salam verdi, lakin biz almadıq. Bizdən uzaqlaşandan sonra yadına düşdü ki, hələ sözünü sona qədər deməyib. Geri döndü sözünü dedi və getdi.

Səbəb əslində dəfələrlə verilişə şağırmağımıza baxmayaraq gəlməməsidir. Həmin vaxtlar müğənnilər bizi bəyənmirdilər. Hamı düşünürdü ki, yeniyik və 1 ay sonra veriliş bağlanacaq. Hətta sənətçilər öz aralarında bizi boykot etməyi belə düşünmüşdülər".

Teymur Məmmədov