Su ehtiyatımız 10-12 faiz azalıb - Nazir müavini
    • 15-07-2021, 18:43
    • 446

Su ehtiyatımız 10-12 faiz azalıb - Nazir müavini

Həm özümüzdə formalaşan, həm də xaricdən transfer olan su resursunun miqdarı 10-12 faiz həcmində azalıb.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbi iqlim dəyişikliyidir: "2050-ci ilə qədər də ən optimist rəqəmlərlə daha 10-12 faiz su ehtiyatının azalması proqnozlaşdırılır. Əlimizdə olan resursları düzgün qiymətləndirməli, ədalətli bölgüsünü aparmalıyıq. Bununla bağlı ötən il ölkə başçısının müvafiq sərəncamı ilə Su Komissiyası yaradılıb və ötən müddət ərzində su ehtiyatına nəzarətlə bağlı böyük işlər görülüb"./Trend/