Qadın market müdirini siçovul videosu ilə hədələyib pul tələb etdi
    • 16-07-2021, 12:34
    • 481

Qadın market müdirini siçovul videosu ilə hədələyib pul tələb etdi

Hədə-qorxu ilə pul tələb edən Lənkəran rayon sakini S.Tağızadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Səbail RPİ-yə müraciət edən Bakı şəhər sakini R.Ramazanov iyulun 14-də bir qadının zəng edərək onun müdiri olduğu marketdə çəkdiyi siçovulu sosial şəbəkədə yayacağı ilə hədələyib 300 manat tələb etdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Lənkəran rayon sakini S.Tağızadə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.