Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Ana və "patı" çəkən sevgilisi uşağın dilini qoparıb, bədəninə siqaret...
    • 17-07-2021, 14:38
    • 1 130

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Ana və "patı" çəkən sevgilisi uşağın dilini qoparıb, bədəninə siqaret...

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabından daha bir valideyn zorakılığına məruz qalmış uşaq haqqında paylaşım edib. 

News24.az xəbər verir ki, 5 yaşlı uşaq anası tərəfindən nənəsinin əvvəllər işlədiyi kafeyə buraxılıb:


"İşçilər nənəyə zəng vurur ki, uşaq ölür. Xəstəxanaya travmatalogiya şöbəsinə yerləşdirilir və hal-hazırda vəziyyəti orta-ağır qiymətləndirilir". 


Kəmalə Ağazadə saytımıza açıqlamasında cinayət işinin açılmasının çox vacib olduğunu bildirib:

"Mənim üçün önəmli olan məsələ uşağa işgəncə verən ananın sevgilisinin tapılıb, həbs edilməyidir. Məlumatı və videonu Daxili İşlər Nazirliyinə göndərdim. Bu səbəbdən videoları paylaşmadım. Uşağın vəziyyətini daim nəzarətdə saxlayacağıq. Dünən psixoloq da vəziyyəti müşahidə etdi. O da uşağın yalan danışmadığını dedi. Uşaq bildirir ki, yıxılmayıb, onu Kamran adlı şəxs döyüb. O uşağı anası aparıb, kafelərin birinə qoyub. Sonra işçilər nənəsinə zəng edib ki, uşağın vəziyyəti ağırdı. Nənə çatana qədər uşağı artıq xəstəxanaya aparıblar. Bu gün mən həmin nənə ilə görüşdüm. O, uşağa bunu edənin qızı Səadət ilə onun sevgilisi Kamran adlı şərəfsizin olduğunu iddia edir. Onun fikirlərinə görə, bu, uşağa edilən ikinci işgəncədir. Uşağın bədənində siqaret izləri, gematomalar, dilinin qoparılması, gematomalardan toxumaların çürüməsi ağır işğəncələrdən xəbər verir. Uşaq da bildirir ki, "məni Kamran döydü, dilimi də o dişlədi... Anam da ordaydı."

İctimai Birlik sədri təhqiqat işinə müdaxilə etmək fikri olmadığını, amma Səadət və Kamran adlı şəxslərin suallarını cavablandırmaq üçün axtardığını qeyd edib.  

Kəmalə Ağazadə Səadət və Kamran narkotik istifadəçisi olduğunu, "patı"dan istifadə etdiklərini bildirir.