Nadir Qafarzadə: "Telefon nömrəmi gəlinimə verib dedim ki..." - VİDEO
    • 19-07-2021, 11:10
    • 849

Nadir Qafarzadə: "Telefon nömrəmi gəlinimə verib dedim ki..." - VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə bir neçə gün əvvəl oğluna nişan edib.

News24.az bildirir ki, ATV-də yayımlanan "Zaurla Günaydın" verilişinə qonaq olan sənətçi, ilk dəfə bu haqda danışıb: "Nişan kimi böyük elçilik oldu. Bu tam başqa hisslərdir. Bunu yaşayanlar bilər. Telefon nömrəmi gəlinimə verib dedim ki, qızım əgər bir istəyin olsa oğluma demə, məndən istə... Hələ mən varam. Oğlumla gəlinim bir yerdə işləyiblər. Orada tanış olub, bir-birlərini seviblər. Dörd ildir bir-birini sevir. Oğlum bizə heç nə demirdi, gizlədirdi, deyirdi ki "Evlənməyəcəm". Gəlinimin anası gürcüstanlı, atası isə naxçıvanlıdır. 1 ildir atası vəfat edib. Əsl istədiyimiz kimi, ziyalı müəllim ailəsidir".