-
- 7-02-2020, 10:31
- 1 788
"Övladım küvəzdə olduğu zaman dünyasını dəyişdi" - NADİR QAFARZADƏ
"Həmişə istəmişəm, qızım olsun. Ancaq el qınağından qorxmuşam. Deyəcəklər ki, "baba olacaq yaşda ata oldu". Biz həmişə "camaat nə deyər" düşüncəsi ilə yaşamışıq".
News24.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə ATV-də yayımlanan "7 Canlı" verilişində deyib. O, proqramda şəxsi həyatı haqda gözlənilməz açıqlamalar verib: "Əslində mənim qızım dünyaya gəlmişdi. Küvezdə olduğu zaman dünyasını dəyişdi. Çox qəribə hisslər idi. Onunla bərabər sanki çox şeylər itirdim. O zamandan bəri bu arzum ürəyimdə qalıb".
Qeyd edək ki, Nadir Qafarzadənin iki oğlu var.
Sevda Bayramova