Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir - FOTOLAR
    • 9-11-2018, 11:26
    • 1 502

Xalq artisti Amaliya Pənahova ilə vida mərasimi keçirilir - FOTOLAR

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasınd müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, xalq artisti Amalya Pənahova ilə vida mərasimi keçirilir.

Vida mərasiminə mərhum aktrisanın ailə üzvləri ilə yanaşı, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, rəsmi şəxslər qatılıblar.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək, mərhum sənətkar Amaliya Pənahovanın Azərbaycan Mədəniyyəti və İncəsənitdə əvəzsiz xidmətlərindən, onun vəfatının kino və teatrımız üçün böyük itki olduğundan bəhs edib.
Məlumat üçün bildirək ki, A.Pənahovanın vəsiyyətinə əsasən “Qurd qapısı” qəbiristanlığında həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn ediləcək.
Xalq artisti ötən gün xərçəng xəstəliyindən 73 yaşında vəfat edib. 

Amalya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1962–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirib. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik edib. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Milli Məclisinə deputat seçilib. “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.