-
- 19-07-2021, 16:03
- 608
Ailədə zorakılıq halları: "1-2 aydan sonra uşaqlar özlərini öldürür"
"Uşaq intiharları daha çox ailələrdəki problemlər üzündən baş verir ".
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.
Onun sözlərinə görə, valideynlərin alkoqol içkilərdən, narkotik maddələrdən istifadəsi, uşaqlara etinasızlıq göstərilməsi, onlara qarşı sui-istifadə hallarına yol verilməsi, təhsildən yayınma, psixoloji duruma təsir edən digər halların baş verməsi intihara gətirib çıxaran səbəblərdəndir.
E. Səfərov qeyd edib ki, adətən, oğlan və qız uşaqları ailədə zorakılıq hallarının şahidi olduqdan 1-2 ay sonra özlərini öldürməyə cəhd edirlər:
“İntihar hadisələrinin 60 faizi kişilər arasında baş verir. Bunun səbəbi psixoloji, sosioloji məsələlərlə yanaşı, həm də virtual aləmə bağlılıqdır”.
Komitə rəsmisi bu fikirdədir ki, uşaqların tərbiyəsi ilə analarla yanaşı, atalar da məşğul olmalıdır və onların tərbiyədəki rolu bərabərləşməlidir:
"Valideynlər uşaqları ilə müzakirələr aparmalı, problemlərini, sirlərini öyrənməlidirlər".
E.Səfərov əlavə edib ki, məişət zəminində baş verən, eləcə də ölümlə bitən intiharların sayı azalıb. O, saydakı azalmaları mexanizmlərin daha yaxşı işləməsi ilə izah edib. /Bakupost.az/