Cəlilabadda yol qəzası olub, xəsarət alan var
    • 19-07-2021, 18:00
    • 590

Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində "VAZ 2115" markalı minik avtomobili ilə "İveko" markalı yük avtomobili toqquşub.Hadisə zamanı minik avtomobilinin sürücüsü xəsarət alıb. O, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /report.az