Prezident onu "Şərəf" ordeniylə təltif etdi
    • 20-07-2021, 15:45
    • 579

Prezident onu "Şərəf" ordeniylə təltif etdi

Prezident İlham Əliyev Çingiz Muxtar oğlu Hüseynzadəni “Şərəf” ordeni ilə təltif edib.

News24.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Ç.M.Hüseynzadə Azərbaycanda Olimpiya Hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ç.Hüseynzadənin sabah 70 yaşı tamam olur.