Rusiya prezidenti İlham Əliyevə təşəkkür etdi: "Qarabağda..."
    • 20-07-2021, 20:27
    • 1 042

Rusiya prezidenti İlham Əliyevə təşəkkür etdi: "Qarabağda..."

Rusiya prezidenti Vladimir Putin  Qarabağdakı vəziyyətlə bağlı kompromis həllər tapdığı üçün Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.

News24.az xəbər verir ki, Vladimir Putin ən vacib məsələlərdən birinin bölgədəki vəziyyətin həlli məsələsinin olduğunu vurğulayıb:  "Bilirəm ki,  buna çox diqqət və əhəmiyyət verirsiniz. Kompromis həllər tapdığınız üçün sizə təşəkkür etmək istəyirəm. Bu hər zaman ən çətindir. Ancaq  hamımız həll yolu istəyiriksə, təbii ki, istəyirik, bu yolu tutmalıyıq. İndiyə qədər bunu bacarmışıq".