Vladimir Putin İlham Əliyevə TƏBRİK MƏKTUBU ÜNVANLADI
    • 31-12-2019, 13:08
    • 763

Vladimir Putin İlham Əliyevə TƏBRİK MƏKTUBU ÜNVANLADI

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə Yeni il ilə bağlı təbrik məktubu ünvanlayıb.

News24.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib. Rusiya dövlət başçısı prezident İlham Əliyevə ünvanladığı təbrikdə Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu, Cənubi Qafqazda və Xəzər bölgəsində təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində irəlilədiyini vurğulayıb. Rusiya ilə Azərbaycanın birlikdə iki dövlətin xalqlarının mənafelərinə tam cavab verən strateji tərəfdaşlıq və konstruktiv qarşılıqlı fəaliyyətin gələcək inkişafını təmin edəcəyinə əminliyini bildirib.