Elza Seyidcahan Ağdamda - FOTO - VİDEO
    • 9-11-2018, 14:17
    • 1 458

Elza Seyidcahan Ağdamda - FOTO - VİDEO

Müğənni Elza Seyidcahan Ağdam rayonu N saylı hərbi hissədə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi  Üzvlərinin və Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun təşəbbüsü ilə “ 9 Noyabr Bayraq günü” günü münasibəti ilə keçirilən tədbirdə iştirak edib.

News24.az xəbər verir ki, tədbirdə  xalq artisti tarzən Ramiz Quliyev, Rasimə Seyidcahan, Şəmistan Əlizamanlı, Rasim Məmmədov, Ramin Qasımov iştirak edib. Elza Seyidcahan öz repertuarından ifa etdiyi musiqilərdən başqa,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr etdiyi “Biz deyirik İlham” musiqisini də səsləndirib.

Sözügedən görüntüləri təqdim edirik:

Şəlalə Ağayeva