3316 qaziyə psixoloji dəstək olunub
    • 23-07-2021, 10:28
    • 369

3316 qaziyə psixoloji dəstək olunub

"Vətən müharibəsi dövründə regionlarda 19 xəstəxanada yaralılara psixoloji yardım göstərilib".

News24.az xəbər verir ki, bunu psixoloq Nərmin Osmanlı TƏBİB-in keçirdiyi "Medianın psixi sağlamlıqda rolu" adlı təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin müddətdə ümumilikdə 3 316 yaralıya psixoloji dəstək olunub: "Təəssüf ki, qazilərimiz arasında intihar halı artıb. Psixoloq yardımı könüllü keçirilir. Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər. Ona görə də onların ailə üzvləri ilə əlaqə qurmaq və bu sahədə maarifləndirmə işlərinə ehtiyac var. Bu istiqamətdə aidiyyəti qurumlarla əməkdaşlıq şəklində çalışırıq. Mütəxəssislərimiz intihar hallarının qarşısının alınması üçün Türkiyədə peşəkar psixoloqlarla birgə təlimlərə başlamışıq".

TƏBİB rəsmisi onu da bildirib ki, bəzən intihar fikrindən daşındırmaq üçün dəfələrlə maarifləndirici söhbətlər aparılır: "Çox yaxşı olardı ki, bu tip problemlərlə bağlı müvafiq qaynar xətt olardı. Təbib-in qaynar xətti yaradıldıqdan sonra çox güman bu problem də öz həllini tapacaq".