Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən News24.az-a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Mirzəcan Babayev Hökməli qəsəbəsi ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 7 ədəd patron, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunub. Saxlanılan şəxs ifadəsində üzərindən aşkar olunan silah-sursat və narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib. Həmçinin, Mirzəcan Babayevin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı onun Qobu Polis Bölməsinin inzibati ərazisində bir neçə oğurluq hadisələri törətdiyi də məlum olub.
23:54
22:26