-
- 23-07-2021, 17:43
- 526
ƏƏSMN əlilliyin təkrar təyin olunması ilə bağlı qanuna edilən dəyişikliyi şərh etdi
Prezident İlham Əliyevin yeni təsdiqlədiyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun əlilliyi olan şəxslərə hümanist yanaşmanı özündə ehtiva edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən məlumata görə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna dəyişiklik edilməklə, yeni maddə əlavə edilib. Maddəyə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab ediləcək.
Yəni, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilərsə, yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Beləliklə, ötürülmüş müddət nəzərə alınacaq və həmin müddət üçün də vətəndaşa əlilliyə görə sosial ödənişlər veriləcək.