Beyləqanda karantini pozan toylar aşkarlandı
    • 24-07-2021, 11:23
    • 497

Beyləqanda karantini pozan toylar aşkarlandı

Beyləqan Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, yoxlamalar zamanı Baharabad qəsəbəsində, Bünyadlı və Yuxarı Kəbirli kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayı normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.