İyunda 697 minə yaxın insan aylıq sosial müavinət və təqaüd alıb
    • 26-07-2021, 11:09
    • 405

İyunda 697 minə yaxın insan aylıq sosial müavinət və təqaüd alıb

2021-ci ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 697 min nəfərə yaxın olub.

Bu barədə News24.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, onlardan 400 min nəfərə yaxını müavinət, 297 min nəfərə yaxını isə təqaüd alıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında 71,3 min pensiya, müavinət, təqaüd təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə e-qaydada aparılıb.