Bakıda məhbus məhkəmədən qaçdı
    • 26-07-2021, 11:40
    • 337

Bakıda məhbus məhkəmədən qaçdı

Bakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs müəyyən olunaraq saxlanılıb.
Həmin şəxs aidiyyəti üzrə təhvil verilib.

DİN-in mətbuat xidmətindən fakt təsdiqlənib.

Qeyd edək ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1976-cı il təvəllüdlü Tərlan Həsənov narkotik vasitəsinin daşınmasına görə saxlanılıb. Daha sonra o, iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib. Amma təqsirləndirilən şəxs prosesdən əvvəl məhkəmə zalından qaçıb. /Report/