Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi
    • 26-07-2021, 15:02
    • 435

Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 7 ədəd sayğac və şaxta boyunca 15 p.m kabel yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 35 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.