Xaçmazda 15 yaşlı qızın toyu oldu - FOTO
    • 26-07-2021, 17:15
    • 806

Xaçmazda 15 yaşlı qızın toyu oldu - FOTO

Azərbaycanda daha bir yeniyetmənin toy mərasimi baş tutub.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə şəxsi "Facebook" səhifəsində məlumat verib. O, bildirib ki, toy mərasimi Xaçmazın "Qızılgül" şadlıq evində gerçəkləşib.

K. Ağazadə həmçinin ərə verilən qızın 15, oğlanın isə 29 yaşı olduğunu vurğulayıb.

Qeyd edək ki, toyu olan yeniyetmə Xaçmazın Qımıl-qışlaq kəndindəndir.