Ağdaşda COVID pasportu olmayanlar toya buraxılmadı
    • 27-07-2021, 16:18
    • 564

Ağdaşda COVID pasportu olmayanlar toya buraxılmadı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində keçirilən yoxlamalar zamanı qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, “Ağ saray”, “İnci”, “Ümid” və “Səma” şadlıq saraylarında mərasimə dəvət edilən qonaqlardan 50-sinin “COVID” pasportu olmadığı üçün onların saraya girişinə icazə verilməyib.